Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb.

Unikal.org "Reportaistinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin "Hundai markalı xidməti avtomobili "Mercedes markalı maşınla toqquşub.

Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib.

Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir.

Faktla bağlı araşdırma aparılır.