Avtomobildə sərnişin kəmərdən istifadə etmədiyinə görə sürücüyə cərimə gəlib. Hadisə İmişlidə baş verib. Bəs görəsən sərnişinə görə sürücünün cərimələnməsi qaydalara uyğundurmu?

Unikal.org xəbər verir ki, kəmər taxmadığına görə, sərnişinə yazılan protokol sürücünün ünvanına göndərilib. hadisə imişli raonu Əliqulular kənd sakini Bəkirov Rəşadın başına gəlib. O bildirir ki, bir müddət əvvəl imişli ərazisində avtomobil idarə edərkən polis onu saxlayıb və kəmər taxmadığına görə, sərnişinini cərimə edəcəyini bildirib

Ancaq bir müddət keçəndən sonra pratokol sürücünün ünvanına göndərilib. sürücü pratokola baxdıqda aydın olub ki, həmin cərimə sərnişinə yox sürücüyə yazılıb.

Sürücü cərimə olunarkən yol polisinin ona heçnə demədiyini və ancaq sərnişinin cərimələndiyini zənn edib. Daha sonra məlum olub ki protokolda cərimələnən sərnişin sürücü kimi yazılıb.Halbuki vətəndaş maşını özü idarə etdiyi deyir. Ekspert Ərşad Hüseynov sərnişinin kəmərdən istifadə etmədiyinə görə sürücün cərimələnməsinin qaydalara zidd olduğunu deyir. Ekspertin sözlərinə görə sürücü yazılı ərizə yazaraq ona yazılan cərimənin əsassız olduğunu sübut edə bilər. (xəzərxəbər)