Yıxılaraq dünyasını dəyişən məktəb direktoru Polad Hüsnü oğlu Əjdərovun ölümünün təfərrüatı bəlli olub.

Unikal.org bildirir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən lent.az-a bildirilib ki, 1968-ci il təvəllüdlü P.Əjdərov evdə pəncərələri silərkən yaşadığı binanın 6-cı mərtəbəsindən yıxılıb.

O, ölümündən əvvəl anası ilə danışıb və evdə tək olduğunu, pəncərələri sildiyini deyib.

Qeyd edək ki, P.Əjdərovun ürək xəstəliyindən əziyyət çəkdiyi və səhhətinə görə martın 1-də öz ərizəsi ilə işdən çıxdığı bildirilir.