Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə yolun 463-cü kilometrliyində Ağstafa rayonunun Qıırlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Babaxan Kərimli idarə etdiyin VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 2006-cı il təvəllüdlü Məsiyev Nihat Pərviz oğlunu vurub. Uşaq hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.