Hindistanın Çxattisqarş şəhərində maoist-üsyançılar 24 polis əməkdaşını öldürüblər.

Unikal.org-un BBC News-a istinadən verdiyi məlumata görə, hücumda 300-dək üsyançı iştirak edib.

Qətlə yetirilən polis əməkdaşları Sukma bölgəsində yol tikintisi ilə məşğul olan fəhlələri mühafizə edirmiş.

Qeyd edək ki, Sukma bölgəsində martın 11-də hadisə olub. O zaman 12 polis öldürülüb.