"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç dizindən əməliyyat olunacaq.

Unikal.org-un Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, əməliyyat çərşənbə günü, Pitsburqda gerçəkləşəcək.

Qeyd edək ki, Avropa Liqasının 1/4 finalında "Anderlext"lə cavab oyununda zədələnən Z.İbrahimoviçin gələn ilim yanvarına kimi yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.