Abşeron rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, yol qəzası Masazır dairəsində qeydə alınıb.

Dairədə "KamAZ markalı yük maşını ilə "Opel markalı minik avtomobili toqquşub. Qəza nəticəsində "Opeldə olan iki nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, qəzaya "KamAZ markalı avtomobilin sürücüsünün dairəvi hərəkət qaydalarını pozması və "Opelə yol verməməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.