Sosial şəbəkədə yayılan 20 yaşlı filippinli Reysin Pregunta adlı gənc qızın fotoları hər kəsin marağına səbəb olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir sümük xərçəngindən əziyyət çəkən Pregunta 5 gün ömrü qaldığını öyrəndikdən sonra son arzusunu deyib. O, gözəl ölmək istədiyini bildirib. Ağ paltar geyinib, başına güldən çələng qoyan qız diri-diri tabuta uzanıb.

Bu ilin aprelin 12-də vəfat edən Reysin Preguntanın ölümündən sonra Reysin yas mərasimindən fotolarını bacısı Rolin sosial şəbəkədə yayıb. Həmin fotolar böyük marağa səbəb olub. Hamı bu mənzərədən kədərləndiyini vurğulayıb.

Gənc qız öz yas mərasimində iştirak etdi - inanılmaz+fotolar