Kanadada erməni diasporunun hər il 24 apreldə təşkil etdiyi qondarma erməni soyqırımı mitinqi türklərin keçirdiyi tədbirlə dağıdılıb.

Unikal.org bildirir ki, "Kanadalı Türkler Barış ve Dayanışma Platformu" tərəfindən təşkil edilən "24 Nisan Barış ve Dayanışma Yürüyüşü" Kanada Federal Parlamenti baxçasından başlayıb. Ermənilərin tədbirinə qarşı marşlar səsləndirən türklər, daha sonra Türkiyənin Ottavadakı səfirliyinə doğru yürüş ediblər.

Tədbirə Kanadanın müxtəlif yerlərindən azərbaycanlılar da qatılıb. Yürüşdə Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağı da dalğalandırılıb.