Madrid "Realı "Monakonun hücumçusu Kilian Mbappedən əl çəkmir.

Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, "kral klubu gənc oyunçu üçün növəti dəfə fransızların qapısını döyüb.

Son olaraq "Mançester Sitinin 80 milyon avroluq təklifinə "yox cavabını verən "Monako Mbappenin transfer qiymətinin 120 milyon avro olduğunu bəyan etmişdi. "Real isə bu keçid müqabilində qarşı tərəfə 100 milyonluq təklif göndərib. Hələlik Knyazlıq təmsilçisi ispanlara konkret cavab verməyib. Ancaq "Realın baş məşqçisi Zinəddin Zidan həmyerlisinin mütləq alınmasını istəyir.

Qeyd edək ki, bu mövsüm Liqa-1-də 13 qola imza atan 18 yaşlı futbolçunun "Monako ilə müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.