Nigeriyanın şimal-şərqində törədilmiş partlayış nəticəsində azı beş hərbçi həlak olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Boko Haram terror təşkilatına mənsub olduğu ehtimal edilən kamikadze partlayıcı olan avtomobili hərbi konvoyun üzərinə sürüb.

Hadisə nəticəsində 40-dan çox hərbçi də yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.