Gürcüstanın Kutaisi şəhəri yaxınlığında məktəbliləri daşıyan mikroavtobus "KamAZ markalı yük maşını ilə toqquşub.

Unikal.org-un xəbərinə görə, bu barədə "Rustavi 2 telekanalı məlumat verib.

Qəza nəticəsində 3 məktəbli müxtəlif dərəcəli xəsarət alıb. Uşaqlar xəstəxanaya yerləşdirilib. Onların həyatların təhlükə olmadığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.