Avropa İttifaqı Türkiyənin quruma üzv olmasına dair danışıqları dayandırmayıb

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini quruma üzv olan XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə bəyan edib.

"Danışıqlar prosesi dayandırılmayıb. Sadəcə hazırda biz yeni mövzular ətrafında müzakirələr aparmırıq, deyə F.Moqerini vurğulayıb.

O həmçinin bildirib ki, Avropa İttifaqı Türkiyədə keçirilən referendumun nəticələrini tanıyır və bu ölkədə sabitliyin təmin olunmasında maraqlıdır.