Bu gün gecə saatlarında Beyləqan rayonunda daha ciddi təhlükə yarada biləcək yanğın hadisəsi baş verib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus dəmir konstruksiyalardan ibarət köməkçi tikilinin taxta üzlüyü və içərisinə yığılmış taxta qırıntıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində olan həcmi 5 litr, və iki ədəd həcmi 40 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Bununla da qaz balonlarının partlayış yaradaraq ciddi fəsad törətməsinin qarşısı alınıb.

Yanğın saat 02:25-də söndürülüb.