Ağsu rayonunda traktor sürücüsünün meyiti tapılıb. 

Unikal.org apa-ya istinadən xəbərinə görə, Ağsu çayının içərisində daş toplayan fəhlələr orada işləyən traktor sürücüsü, Qaraqaşlı kənd sakini, 1960-cı il təvəllüdlü Allahverdiyev Xudaverdi Qardaşxan oğlunun meyitini tapıblar. 

Onun cəsədi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə göndərilib. 

X.Allahverdiyevin ölümünün səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Faktla bağlı araşdırma aparılır.