Türkiyənin Samsun şəhərində məscid tikintisi zamanı çökmə olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin baş verməsi nəticəsində beton qalıqları altında qalan 4 nəfər fəhlə ölüb, 2 nəfər ağır yaralanıb. 

Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.