Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib

Unikal.org FHN-in saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 1 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 m2 sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.