Aprelin 28-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan Vasif Quliyev 38-ci PB-yə müraciət edərək aprelin 25-də 300 manat pulunun oğurlanmasını bildirib.

Unikal.org DIN-ə istinadən xəbər verir ki, 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Eldəniz Abbasov tutulub.