İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Portofino kurort zonasında yerləşən evində yıxılaraq zədə alıb.

Unikal.org aznews.az-a istinadən xəbər verir ki, keçmiş baş nazir xalçanın kənarına ilişərək yıxılıb və başından zədə alıb. Eks-baş nazir təcili Milana aparılıb və oradakı özəl xəstəxanalardan birində başına tikiş qoyulub. Həkimin dediyinə görə siyasətçi çox da böyük olmayan zədə alıb.