Egey dənizinin qərb sahilində yerləşən Skopelos adasının yaxınlığında yunan balıqçılar 7 metrlik akula tutublar.

Unikal.org "RİA Novostiyə istinadən xəbər verir ki, Brusiannisov qardaşlarının tutduğu akulanın çəkisi 300 kiloqramdır.

Onlar akulanın fotoşəkillərini yerli skopelos-news.blogspot.gr bloqunda paylaşıblar.

Belə nəhəng akulanın Yunanıstan sahillərində nadir hallarda göründüyü bildirilir.