Yeni doğulan uşaq əməliyyat olunub

Unikal.org xəbər verir ki, Səudiyyə Ərəbistanında bir aylıq qız uşağı hamilə qalıb. Adı açıqlanmayan qadın uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. Doğuşdan sonra körpənin vəziyyəti pisləşib. Belə ki, uşaq daima qaytarıb. Çox keçməmiş uşağın qarnı şişməyə başlayıb.

Körpəni əməliyyat edən həkimlər onun qarın boşluğundan ölmüş döl çıxarıblar. Dünya praktikasında nadir hadisə olan əməliyyat 3 saatdan artıq davam edib.

Həkimlərin sözlərinə görə, uşağın anasının bətnində iki döl olub. Lakin sonradan onlardan biri məhv olub. İnkişafdan qalan döl körpənin bətninə düşüb və orada qalıb.
istipress.com