Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. 

Unikal.org-un "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki, Gəncə sakini, 1995-ci il təvəllüdlü Elcan Məmmədov tanışı ilə mübahisə edərkən bıçaqlanıb. O, yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılıb və yaralıya tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.