Bərdədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org bildirir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
Şəhər sakini 1980-ci il təvəllüdlü Məmmədov Zabil Malik oğlu yolu keçərkən naməlum avtomobillə vurulub. Zərbənin təsirindən Z.Məmmədov həyatını itirib, sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma başlanıb