IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə yekun siyahıda 23 futbolçunun adını qeyd edib. Siyahıda ən çox oyunçu ilə "Qarabağ təmsil olunub. Çempionun 5 futbolçusu millinin şərəfini qoruyacaq. "Sumqayıt və "Neftçinin isə 4 üzvü Yaşar Vahabzadənin sərəncamında olacaq. "Qəbələ və "Zirədən 3, "Kəpəzdən 2 oyunçu milli komanda üçün tər tökəcəksə, legioner həyatı yaşayan sadəcə 1 futbolçu milliyə dəvət alıb. Maraqlıdı ki, çempionatın bürünc medalçısı "İnterin heç bir oyunçusu milli məşqçilərinin diqqətini çəkməyib.

Qapıçılar: Emil Balayev ("Səbail), Şahrudin Maqomedaliyev ("Qarabağ), Tərlan Əhmədli ("Sumqayıt)

Müdafiəçilər: Məqsəd İsayev, Ruslan Abışov, Rahil Məmmədov (hamısı "Neftçi), Yusif Nəbiyev, Azər Salahlı (hər ikisi "Sumqayıt), Tellur Mütəllimov ("Qəbələ), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi "Zirə)

Yarımmüdafiəçilər:
Fəhmin Muradbəyli ("Neftçi), Mirabdulla Abbasov ("Suqmayıt), Elşən Abdullayev, Coşqun Diniyev (hər ikisi "Qarabağ), Rəşad Sadiqov, Elvin Camalov (hər ikisi "Qəbələ), Vüqar Mustafayev ("Zirə), Azad Kərimov, Orxan Əliyev (hər ikisi "Kəpəz), Elnur Cəfərov ("Duqopolye Xorvatiya)

Hücumçular: Mahir Mədətov, Ağabala Ramazanov (hər ikisi "Qarabağ)