Meksikada II liqada keçirilən "Paçuka - "Kruz Azul matçının son dəqiqəsində maraqlı qol qeydə alınıb.

Unikal.org qol.az-a istinadən xəbər verir ki, hesabda geridə olan meydan sahiblərinin qapıçısı Oskar Perez son saniyələrdə qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.

44 yaşlı qolkiper küncdən ötürülən topu baş zərbəsi ilə qapıdan keçirib. Oyun 2-2 hesablı bərabərliklə yekunlaşıb.