Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat yayıb.

Unikal.org-un
FHN-in sayına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 19:24-də başa çatıb.

Sakinlər bəyin ölməsi haqda xəbər versələr də, məlum olub ki, o, FHN əməkdaşları tərəfindən xilas edilib. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Bakıda bəy toy günü faciəvi şəkildə dünyasını dəyişib.


Unikal.org xəbər verir ki, azvision.az-a daxil olan məlumata görə, "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binalarından birində lift qırılıb.

Hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəy dünyasını dəyişib.

Bəylə yanaşı litfdə olan iki nəfərində öldüyü deyilir.

Hələlik ölən şəxslərin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.