Qazaxda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unukal.org-un apa-ya istinadən veridiyi məlumata görə, hadisə Ağstafanın Dağ Kəsəmən kəndindən Qazaxa gedən yolda qeydə alınıb.

Traktorla minik avtomobilinin toqquşması nəticəsində traktorda olan Dağ Kəsəmən kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Fərid Ruslan oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.