Bakıda 32 yaşlı kişi bıçaqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, "Beşmərtəbə dairəsi" kimi tanınan ərazidə 1985-ci il təvəllüdlü Rufullayev Hacıağa Hidayət oğlu tanışı tərəfindən bıçaqlanıb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.