Bakıda dayanacaqda avtobus sərnişini vurub.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, metronun "Koroğlu stansiyasının yaxınlığında dayanacaqda avtobus gözləyən 23 yaşlı Şıxmuradov Nazim Ədilxan oğlu yol istiqamətində irəli çıxarkən onu gözlədiyi "Daewoo markalı sərnişin avtobusu vurub. N.Şıxmuradov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Daewoo markalı sərnişin avtobusunun nömrəsi məlum olmasa da, Bülbülə qəsəbəsi istiqamətində getdiyi bildirilir.