Ermənistan prezidenti Serj Sarkisyan aprelin 5-də Almaniyaya səfərə edəcək.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, Sarkisyan Berlində ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşəcək.

"Bu, münaqişənin həlli yollarının müzakirəsi üçün yaxşı imkan olacaq", - deyə Almaniya XİN-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.