Gəncədə bıçaqlanma olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində yaşayan 1985-cü il təvəllüdlü Sakit Alıyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

S. Alıyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.