Ağdamda intihar hadisəsi qeydə alınıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Qəsəbə sakini Abdullayeva Şəfiqə Səlim qızı sirkə turşusu içərək intihar edib. Yaxınları Ş.Abdullayevanı Ağdam Mərkəzi Rayon Xəstəxanasına apararkən yolda həyatını itirib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.