Bu gün Bakı şəhəri, Səbail rayonunda yeraltı avtomobil dayanacağında park olunmuş vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi və yaxınlıqda dayanmış digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.