"Qarşı tərəf təxribat mövqeyindən əl çəkmir, Tərtərdə ara-sıra atəşkəs pozulur".
 
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı əlavə edib ki, baş vermiş atışma zamanı bir neçə kənddə evlər dağılıb, təsərrüfata ciddi ziyan dəyib. M.Məmmədov bütün təxribat əməllərinin əsgərlərimiz tərəfindən alındığını və rayon əhalisinin ruh yüksəkliyini qeyd edib.