İyunun 23-25 də Bakıda keçiriləcək növbəti Formula 1 yarışlarının Qran Pri mərhələsi çərçivəsində təşkil olunacaq konsertdə çıxış edəcək ifaçıların adları məlum olub.
 
Unikal.org xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin facebook səhifəsində verdiyi məlumata görə, şou proqramda amerikalı pop-ulduz Nikol Şerzinger pərəstişkarları qarşısında çıxış edəcək.
 
Bundan başqa, gecədə "The Black Eyed və "Back-To-Back qrupları da səhnədə yer alacaq.
 
Şou-proqram iyunun 24-də Dənizkənarı Milli Parkda baş tutacaq.

Unikal.org-un əldə etdiyi məlumata görə, Nikol Şerzinger Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu, "Baku Grand Prix şirkətinin rəhbəri Arif Rəhimovun dəvəti ilə Azərbaycana gəlir.