Sabirabadda 1 yaşlı uşaq su gölməçəsinə düşüb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Minbaşı kəndində baş verib.

Baxımsız qalan 2016-cı il təvəllüdlü Mehdiyev Elton Elçin oğlu üzü üstə su gölməçəsinə yıxılıb. Uşaq boğulma-asfeksiya diaqnozu ilə ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.