Mingəçevirdə qətl hadisəsi törədilib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə bu gün 20.00 radələrində şəhərdə qeydə alınıb. Kənan Əzizov adlı şəxs ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətlin hansı səbəbdən törədildiyi və ölən qadının kimliyi hələ ki məlum deyil.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.