İki gündür cəbhə xəttində baş verənlər əhali tərəfindən də narahatlıqla izlənilir. Düşmən ordusunun hücumu nəticəsində 12 əsgərimizin şəhid olması cəmiyyətdə nə qədər hüznlə qarşılansa da,  strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən azad edilməsi ruh yüksəkliyi ilə  qarşılanıb. Düşmən təxribatına qarşı aparılan hərbi əməliyyatda ordumuzun qələbəsi, Talış kəndi, Seysulan və Horadiz istiqamətində olan təpələrin ələ keçirilməsi  əhalinin orduya olan inamını da gücləndirib. 

Unikal.org-un məlumatına görə, Musavat.com-un bu gün Bakı sakinləri arasında keçirdiyi sorğudan da məlum oldu ki, insanlar şəhid xəbərlərinə üzülsə də, ordumuzun qalib gəlməsinə seviniblər. Müxbirimizin "Son günlər cəbhədə baş verənlərlə bağlı fikriniz necədir?" sualına bütün respondentlər birmənalı olaraq müsbət fikir bildirib. 

Sorğuda iştirak edən gənclər, ordumuzun təmas xəttindəki yüksəklikləri ələ keçirməsindən qürur duyduqlarını və hər an döyüşə hazır olduqlarını vurğulayıblar. 
Bəzi sakinlər sosial şəbəkələr yayılan yanlış informasiyaların onlarını narahat etdiyini də qeyd etdilər. 

Cəbhə xəttində baş verənlərə cəmiyyətdəki ictimai rəyi öyrənmək istəyirsinizsə, təqdim etdiyimiz videodan izləyə bilərsiniz.