Böyük Britaniya parlamentinin  deputatı Stefen Hepburn  Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı bəyanat verib.
 
Unikal.org-un APA-ya istinadən məlumatına görə, Stefen Hepburn bildirib ki, son 20 il ərzində ən ağır döyüşlər və insan tələfatı ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü onu dəhşətə gətirir.
 
Bəyanatda qeyd edilir ki, dünya Ermənistanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmasını tələb edən dörd qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur etməlidir: "Artıq bunun vaxtıdır və Ermənistan BMT Təhlükəsizlik Şurasınına qətnamələrinə riayət etmirsə, onun rəhbərliyinə qarşı müvafiq sanksiyalar tədbiq edilməlidir. Azərbaycana qarşı həyata keçirilən  insan tələfatı və təcavüz siyasətinə son qoyulmalıdır".