Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu gedən şiddətli müahiurəbə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Badisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.

Elə bunun nəticəsidir ki, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olundu.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Tərtər istiqamətindəki Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçdi.

12 şəhid verdik, xeyli yaralımız var, amma düşmənin itkiləri bundan dəfələrlə çoxdur...

Xalqın yeganə ümidi şanlı Azərbaycan Əsgərinədir!..
 
Unikal.org Modern.az saytına istinadən mərhum Xalq şairi Qabilin Azərbaycan Əsgərinin şəninə yazdığı təkrarolunmaz şeirini videogörüntü ilə birgə təqdim edir.