Azərbaycan Ordusunun aprelin 2-də cəbhə xəttində gerçəkləşdirdiyi uğurlu döyüş əməliyyatlarında öldürülmüş Ermənistan Ordusunun hərbçilərinin meyitlərini əks etdirən video görüntülər yayımlanıb.

Unikal.org-un "AzeriDefence"ə istinadən xəbərinə görə, sosial şəbəkələrdə yer alan videoda səngərlərdə öldürülmüş erməni hərbçilərinin meyitləri açıq görünür. Erməni hərbçilərinin meyitləri Azərbaycan Ordusunun nəzarətindəki ərazilərdədir.

Qeyd edək ki, Füzuli-Cəbrayıl istiqamətində təkcə Lələtəpə yüksəkliyində Ermənistan Ordusuna məxsus möhkəmləndirilmiş mövqelərdə 21 erməni hərbçisinin meyitinin qaldığı bildirilir. Hərbçilər birinci eşalon müdafiə mövqelərində çox sayda erməni əsgərinin meyitinin qaldığını bildirirlər.