Bakıda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sabunçu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Emil Hümbətov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.