Mayın 8-də Qazaxıstanın Şimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Azərbaycan Boks Federasiyasından Unikal.org-a verilən məlumata görə, komandamız səfərə baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında 13 idmançı ilə yollanacaq. Məşqçilər korpusu Şimkəntdə Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Amri Novruzov (75 kq), Adir Vəliyev (80 kq) və Vüqar Səmədovu (+85 kq) sınaqdan çıxaracaq.

Turnirdə Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, Qazaxıstana mayın 7-də yollanacaq boksçularımız ayın 12-də Azərbaycana qayıdacaqlar.