Qax rayonunun Alatəmir kəndində 1 nəfərin ölümü, daha 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Qaxdan Qorağan kəndi istiqamətində hərəkət edən və 1992-ci il təvəllüdlü, Elçin Paşa oğlu Əliyevin sükanı arxasında olduğu "08-BF-989" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə maşında olan və bu gün ad gününü qeyd edən sərnişin, Qorağan kənd sakini, 1988-ci il təvəllüdlü, Ruslan Rəşid oğlu Qaffarov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Sürücü isə müxtəlif bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.