"Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bu gün işğalda olan və azad edilən ərazilərin minalardan təmizlənməsinə tam hazırdır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov bildirib.
Onun sözlərinə görə, Agentliyə tapşırıq gələn kimi həmin ərazilər minalardan tam təmizlənəcək, daha sonra yerli əhaliyə veriləcək: "ANAMA texniki ve maddi baxımdan işğalda olan ərazilərin minalardan təmizlənməsinə tam hazırdır. Bizə bir əmr yetər ki, əraziləri təmizləyək. Hazırda Agentliyin 600 nəfərdən çox işçisi var, işçilərin sayı hələ artırılacaq. Eyni zamanda mina təmizləyən maşınlarımız, 54 mina axtaran itimiz var".