Xaçmaz rayonunun Padar kəndində meşə massivində kəsilmiş at tapılıb. 

Unikal.org bildirir ki, Xaçmaz Baytarlıq İdarəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, atı Bakı şəhərində satmaq məqsədilə kənd sakini İsmayıl Məmmədovun kəsdiyi müəyyənləşib. O, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. At cəsədi müayinə olunmaq üçün Baytarlıq İdarəsinə aparılıb.

Fakt araşdırılır.