2016/2017-ci il mövsümündə futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyəbləşib.

Unikal.org-un "Report"a istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublika stadionunda baş tutan final matçında "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edən "Qarabağ" ardıcıl 3-cü, ümumilikdə isə 6-cı dəfə kuboku əldə edib.
Cari mövsümdə Azərbaycan Premyer Liqasının da qalibi olan Ağdam təmsilçisi kuboku qazanmaqla həm də "qızıl dubl" etmiş olub.

Beləliklə, Azərbaycanda XXV futbol mövsümünə yekun vurulub.

Azərbaycan Kuboku
Final
5 may (cümə)
"Qarabağ - "Qəbələ 2:0
Qollar: Mahir Mədətov, 51. Urfan Abbasov, 68 - öz qapısına.
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əli Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Naxçıvan Muxtar Respublika stadionu