"Barselonanın hücumçusu Lionel Messi klubun yeni müqavilə ilə bağlı ilkin təklifini rədd edib.

Unikal.org-un məlumatına görə, bu barədə "AS yazıb.

Argentinalı futbolçuya ildə 30-35 milyon avroluq məvaciblə 2022-ci ilədək nəzərdə tutulan müqavilə təklif olunub.

Qeyd edək ki, L.Messinin "Barselona ilə hazırkı müqaviləsi 2018-ci ilin yayınadək qüvvədədir.