Göygöldə yeni doğulan körpə ölüb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayon Mərkəzi xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Göygöl rayonu, Çaykənd kənd sakini, 1988-ci il təvəllüdlü Rüsalə Hacıxanovanın dünyaya gətirdiyi oğlan uşağı ölüb. Məlumata görə, bu, R.Hacıxanovanın ikinci doğuşu olub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.