Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi araşdırılır
Bakının Nərimanov rayonunda yaşlı qadın naməlum şəraitdə bıçaqlanıb.

Unikal.org-un Report-a istinadən xəbərinə görə, hadisə Maqsud Əlizadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.

1958-ci il təvəllüdlü Quliyeva İzafə Hüseyn qızı naməlum şəraitdə qarın nahiyəsindən bıçaqlanıb.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisənin kim və ya kimlər tərəfindən törədildiyini araşdırır.